Mütəxəssislər və yazarların nöqteyi-nəzərlərincə, ikinci pəhləvi rejiminin süqutuna və 1979-cu il fevralın 11-də İslam İnqilabının qələbə çalmasına səbəb olan amillər arasında Məhəmməd Rza şahın şəxsiyyətinin zəifliyi və onun istibdadı, xüsusən mediaları yatırtması, təyinedici səbəb və amillər kimi qeyd olunubdur.
İstibdad lüğətdə o deməkdir ki, şəxslər və dövlət başçıları şura və məşvərətə layiq olan işlərdə öz rəyləri ilə kifayətlənirlər. Siyasi terminlə desək, bu, “bir nəfər və ya bir qrupun impiçmentdən qorxmadan və cavab vermədən xalqın məsələləri və hüquqlarını ələ keçiməsi”dir.
Şah və onun dövlət başçıları öz məqsəd və mənəviyyatlarını həyata keçirmək üçün kobud və qeyri-kobud mənbələr daxil olmaqla bütün qüdrət mənbələri və vasitələrini qamarlamağa can atdılar və başqalarına, xüsusən jurnalistlərə və media mənsublarına icazə vermədilər ki, onların addım və fəaliyyətlərinə nəzarət edib, mühakimə yürütsünlər, zira özlərini ən layiqli hakim hesab edirdilər.
Onlar çox istəyirdilər ki, hamı onlara və onların proqramlarına baş əysinlər. Onlar nəinki şəxslərin əsas və siyasi hüquq və azadlıqlarını tapdadılar, həm də öz müxalifləri və tənqidçilərini tamahlandırma, təhdid və kobudluq kimi müxtəlif üsullarla təcrid etməyə çalışdılar. İkinci pəhləvinin istibdadı və qüdrətin onu əllərində təmərküzləşməsi vətəndaş cəmiyyətini zəiflətdi və xalqın siyasi iştirakına mane oldu.