İsveçrə və İran parlament dostluğu qrupunun rəhbəri ölkəsinin İran İslam Respublikasında investisiya yatırımında maraqlı olduğunu bildirib.
İsveçrə və İran parlament dostluğu qrupunun rəhbəri Yus Nidger bu gün İsfahanda Kaşan Kəvir sement zavodu ilə yaxın tanış olduqdan sonra İRNA müxbirinə deyib: İran İslam Respublikasının dünya, xüsusilə də Yaxın Şərqdəki mövqeyini nəzərə aldıqda İsveçrə İranda investisiya yatırmağa çalışır.
İran əleyhinə zalımcasına sanksiyalar, o cümlədən bank sanksiyalarının iqtisadi fəaliyyətlərdə problemlər yaratdığını bəyan edən Nidger ümidvarlıq edib ki, Cenevrə nüvə müzakirələrində müsbət addımların atılması ilə bu sanksiyalar ləğv olunacaq. Beləliklə İsveçrə şirkətləri İranda investisiya yatıra biləcəklər.
