Lavrov: İranın nüvə məsələsi sanksiyalarla həll edilməyəcək
Rusiya xarici işlər naziri deyib: İrana qarşı sanksiya və təzyiqlərin tətbiq edilməsi ilə bu ölkənin nüvə məsələsi həll edilməyəcəkdir.
Ruriya xarici işlər naziri Sergey Lavrov ötən gün (çərşənbə axşamı 19 noybar) Rusiyada çıxan Nezavisimaya Qazeta-ya verdiyi müsahibədə İrana qarşı tətbiq ediən sanksiyaların təsirsiz olduğunu vurğulayaraq deyib: Sanksiyalar heç bir sahədə nəticə verməyib.
Lavrov, müzakirələrdə əldə edilən bəzi nailiyyətlərin güya İran əleyhinə tətbiq edilən sanksiylardan mənşə aldığı kimi iddialar qarşısında deyib: Diplomatların bu kimi mübahisələrdə iştirak etmələri bağışlanmazdır.
Rusiya xarici işlər naziri İranın nüvə məsələsinin diplomatik yolla həll edilməsi üzərində təkid edərək deyib: İran ilə 5+1 qrupu arasında Cenevrədə aparılan müzakirələr bu baxımdan çoxlu əhəmiyyətə malikdir.
O 5+1 qrupunun İran ilə apardığı müzakirənin önəmli olduğunu deyərək bildirib: Müzakirənin sürəti tədriclə artmaqdadır və danışıqlar sıxlaşır və biz isə bu prosesin davam etməsi üçün hər bir yoldan istifadə edəcəyik.
Rusiyanın diplomatiya İdarəsinin başçısı deyib: Bu prosesə yardım edəcəyik ki, nüvə silahlarının yayılmasına qadağa qoyan razılaşma prinsiplərini əngəlləməmək şərti ilə İranın nüvə proqramları təhlükəsiz olaraq icra edilsin.