DünyaİranXƏBƏRLƏR

Əli Baqiri: Tərəflərin addımları eyni ölçüdə olmalıdır

İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini İranla 5+1 qrupu arasındakı Almatıda keçirilən nüvə müzakirələri barəsində deyib: Tərəflərin etimad yaradan addımları eyni zamanda, eyni ölçüdə və eyni formada olmalıdır.

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri İranın 1-ci telekanalının saat 21:00-da yayımlanan Xəbərlər bloku ilə müsahibədə İranın Moskva təklifinə əsasən tam təklifi irəli sürdüyünü bildirib və deyib: Bu layihə Moskvada irəli sürülən paketin icrası üçün ilkin addımları bəyan edir.

Səid Cəlilinin müavini xatırladıb: İran və 6 ölkə arasında ətraflı müzakirələrin formalaşması üçün əməliyyat proqramı təqdim olundu. Bu da danışıqların irəliləməsi üçün müəyyən və həlledici təkliflərə malik idi. Bəzilərinin bildirdiyi kimi etimad yaradan addımlar iki tərəf tərəfindən atılmalıdır. Bu addımlar tərəflər arasında əməkdaşlıqların yeni dövrünü formalaşdırır.

“İran İslam Respublikası bu proqramda öz əməliyyat təkliflərini elə bir formada tənzimləyib ki, qarşılıqlı addımlar eyni formada, qarşılıqlı və eyni ölçüdə olsun. İran bildirib ki, bu etimad yaradan addımlara ətraflı həll yolunun bir hissəsi olaraq diqqət yetirilməlidir və bu bizi məqsədə yaxınlaşdırır. Bu addımlar ətraflı həll yolunun kənarında və ayrı bir hissə deyildir və belə hesab olunmamalıdır” –deyə Baqiri əlavə edib.

Baqirinin sözlərinə görə, səhər keçirilən müzakirələrdə cənab Cəlili bu əməliyyat layihəsinin cəhətlərini ətraflı şəkildə izah etdi və günortadan sonra baş tutan iclasda da 6 ölkənin nümayəndələri öz suallarını irəli sürdülər. Cənab Cəlili bütün naməlum məsələlərə ətraflı şəkildə cavab verdi. İmkan yarandı ki, İranın təkliflərinin cəhətləri daha artıq şəkildə hamı üçün izah və bəyan olunsun.

İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini həmçinin bildirib: Bu iclasın kənarında İran heyəti ilə “Altılar” qrupunun bəzi nümayəndə heyətləri arasında görüşlər keçirildi. Ötən gün günortadan sonra Rusiya və Çinin xarici işlər nazirlərinin müavinləri ilə müsbət görüşlər keçirildi. Ehtimal üzrə bu ikitərəfli görüşlər davam edəcək ki, İslam Respublikasının müəyyən təklifləri barəsində qarşı tərəfin təkmilləşdirici baxışları olsun.

Baqiri ümidvarlıq edib ki, qarşı tərəf hiss olunacaq nəticələrin əldə olunması üçün bu təkliflər qarşısında konstruktiv davranışa malik olacaqlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu