
Jurnalist Nicat Əliyevin məhkəməsi keçirildi
Azadxeber.org internet qəzetin baş redaktoru Nicat Əliyevin növbəti məhkəmə prosesi keçirilib.
İslam-azəriyə isinadən məlumat verir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində keçirilən qapalı prosesdə Nicat Əliyevin sanksiya müddətinin daha 2 ay artırılmasını elan edib.
Məhkəmə prosesində Nicat Əliyevin vəkili Anar Qasımlı iştirak etməyib. Buna səbəb isə məhkəmə prosesinin nə vaxt keçiriləcəyi barədə onda məlumatın olmamasıdır.
Qeyd edək ki, Nicat Əliyev 20 may 2012-ci ildə həbs olunub.
Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist əvvəl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunub. Bu il yanvarın 26-da jurnalistə əlavə ittihamlar verilib.
Nicat Əliyev öz həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.