Qarabağ Azadlıq Təşkilatının üzvləri aprelin 2-də, Kəlbəcərin işğalı günü Rusiyanın Bakıdakı səfirliyi qarşısında aksiyaya cəhd edib.
Aksiyaçılar bildiriblər ki, Kəlbəcərin işğalı birbaşa Rusiya qoşunlarının iştirakı ilə həyata keçirilib, Rusiya Azərbaycanın başqa bölgələrini də işğal edərək Ermənistanın ixtiyarına verib.
Qeyd edək ki, Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 21 il keçir.
Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.