Pakistanın cənub qərbində Send əyalətinin mərkəzində törədilən bomba partlayışı 3 nəfərin yaralanması ilə nəticələnib.
İranın Ordu dilli radiosunun məlumatına görə , partlayış cümə günü Kəraçi şəhərinin məscidlərindən birində törədilib.
Terrorçuların bu işdə əsas məqsədinin namaz qılanları hədəfə almaq olduğu bildirilib.
Bu saata qədər heç bir şəxs ya qruplaşma törədilən bu terror aktının məsuliyyətini üzərinə götürməyibdir.
Qeyd edək ki , son aylar və günlərdə Kəraçidə terror aktları , tayfalararası qarşıdurma və məqsədyönlü silsiləvi qətl faktları nəzərə çarpacaq dərəcədə artıb.