Sionist hərbçilər hələ də Qəzzə zolağı sakinlərini hədəfə alırlar.
Sionist hərbçilər bu gün Qəzzə zolağının cənub sərhəd hasarları yaxınlığında bir fələstinlini güllə ilə şəhid ediblər.
Sionist rejim qüvvələrinin Qəzzə zolağında yaşayan fələstinlilərə qarşı hücumlarının şiddətlənməsi elə bir halda baş verir ki, bu məntəqə sakinlərinin problemləri bir neçə gün bundan öncə sel axını və soyuqların artması üzündən ikiqat artıbdır.
Sionist rejim iki min on ikinci ilin noyabrında Qəzzədə səkkiz günlük müharibəyə son qoymaq üçün Misirin vasitəçiliyi ilə Fələstin İslami Müqavimət Təşkilatı- Həmas ilə atəşkəsin bərqərar olunmasından bəri dəfələrlə atəşkəsi pozubdur.

