AsyaİraqXƏBƏRLƏR

Kərbəla Hüseyn(ə) ərbəyini zəvvarlarını qarşılayır

Terrorçuların cinayətkarcasına əməllərinin mövcud olmasına rəğmən, Hüseyn(ə) ərbəyini zəvvarlarının böyük bir qrupu İraqın cənubundakı Kərbəlayi-Muəllaya çatmaq üçün hərəkətdədir.

üç həftə bundan qabaqdan Bəsrə, Kərkük, Neynəva və digər vilayətlər kimi İraqın müxtəlif vilayətlərindən hərəkətə gəlmiş iraqlı zəvvarlar bazar günü Kərbəlanın girəcəklərinə çatıblar.
Gənclər, yaşlılar, qadınlar və hətta uşaqlar xüsusi iman hissi və şövqü ilə havanın soyuqluğuna dözüb, əzadarlıq dəstələri formasında və əllərində qırmızı və yaşıl bayraqlar tutaraq, azadələrin qibləsi olan Kərbəlaya doğru hərəkət edirlər.
Həmçinin sərhədi keçən qırx iki xarici ölkədən olan xarici zəvvarların sayı bir milyon üç yüz min nəfəri ötüb və onların yarısını iranlı zəvvarlar təşkil edirlər.
Sabah, 1435-ci h.q. ili səfər ayının iyirmisi, 2013-cü il dekabrın iyirmi üçünə, Hüseyn(ə) ərbəyininə təsadüf edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu