Azərbaycan Respublikası hökuməti bu ölkədəki islamçıları İranla əlaqələndirmək və onları bu bəhanə ilə repressiya etməklə yanaşı İrana qarşı yeni ssenarisində bu dəfə bu ölkədə hökumətə müxalif partiyanın Amerikayönlü sədrini İranın casusu adlandırıb.
Səhər telekanalı internet portalının APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasına hakim Yeni Azərbaycan partiyasının parlamentdəki deputatı Siyavuş Novruzov Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin İranın göstərişi ilə Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəyi zəhərləyərək öldürməsi ilə əlaqədar Elçibəyin qardaşı oğlunun iddialarını həqiqət adlandırıb və bu barədə cinayət işinin açılmasını istəyib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Əliyevin (Elçibəy) qardaşı oğlu Hürrü Əliyev mətbuata müraciətində iddia edib ki, qərbyönlü Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli İranın casusudur və 2000-ci il avqust ayında Elçibəyi zəhərləyərək qətlə yetirib.
Hürrü Əliyev iddia edib ki, 2012-ci il oktyabr ayı Elçibəyin zəhərlənməsi məsələsinin araşdırıldığı zaman Əli Kərimli onların evinə gələrək təhqiqatın davam etməsini istəyib.
Əbülfəz Elçibəyin qardaşı oğlu öz iddiasını sübut etmək üçün irqçi Türk-Azərbaycanlı qruplaşmasının türkiyəli rəhbəri Sevgi Erenerolun açıqlamasına işarə edib və ona istinadən deyib ki, Türkiyənin Gülxana xəstəxanasının həkimləri Elçibəyin zəhərlənməsindən şübhələniblər.
Azərbaycan Respublikasının İrana qarşı yeni ssenarisi elə bir şəraitdə baş tutur ki, bu ölkədə oktyabr ayında prezident seçkilərinə yaxınlaşmaqla daxili siyasi gərginliklər artmışdır.
İrqçi Xalq Cəbhəsi partiyasının sədri Əbülfəz Elçibəy 2000-ci ildə Türkiyədən qayıtdıqdan sonra kəskin çıxışında İrəvanla münasibətləri normallaşdırmaq üçün Ankaranın səylərini tənqid etdikdən və Türkiyə-Ermənistan barışıq komissiyasının təşkil olunmasından narazılığını bildirdikdən sonra vəfat edib.
Elçibəyin qardaşı oğlunun Əli Kərimliyə qarşı ittihamları və Azərbaycan Respublikası parlamenti deputatının onu himayə etməsi elə bir şəraitdədir ki, Əli Kərimli Elçibəyin prezidentliyi dövründə onun müavini idi və Xalq Cəbhəsi partiyası qərbyönlü, Amerikayönlü və anti-İran mövqeyinə malikdir.
Görünür Bakı bu ssenaridən istifadə etməklə bir tərəfdən hökumətin qərbyönlü müxalif partiyasının imicinə zərbə vurmağı, onlar arasında ixtilaf yaratmağı, digər tərəfdən isə Azərbaycan Respublikasında terror üçün İranın səyləri iddiası çərçivəsində İslam Respublikasına qarşı təxribat həyata keçirməyi düşünür.
Azərbaycan Respublikası iki həftə öncə də bir neçə qərbyönlü fəal, o cümlədən digər qərbyönlü partiya olan Müsavat partiyası sədrinin müavinini həbs etdi və Avropa Birliyinin reaksiyası ilə üzləşdi.
Azərbaycan Respublikasında prezident seçkiləri cari il oktyabr ayında keçiriləcək.