
Mahmud əl-Cəzirinin ölümündən bir həftə keçməsinə baxmayaraq, Ali-Xəlifə rejiminin onun cənazəsini ailəsinə təhvil verməkdən çəkinməsinə görə, artıq bir həftədir ki, ölkənin müxtəlif məntəqələrində onun üçün simvolik olaraq dəfn mərasimləri təşkil edilir.
Bəhreynin müxtəlif məntəqələri xalq etirazlarının şahidi olub. Bəhreyn xalqı Mahmud əl-Cəziri üçün simvolik olaraq dəfn mərasimləri təşkil edərək, Ali-Xəlifə rejiminin onun cənazəsini ailəsinə təhvil verməkdən çəkinməsini pislədi. Bu barədə azeri.sahartv.ir məlumat verir. Mahmud əl-Cəziri ötən cümə günü bir həftə xəstəxanada yatdıqdan sonra həyatını itirmişdi.
Ondan bir gün öncə isə Bəhreyn məhkəməsi hüquq müdafiəçilərindən olan Zeynəb əl-Xacə haqda bir aylıq həbs qərarı çıxartmışdı.
Zeynəb əl-Xacə artıq 75 gündür ki, qanunsuz olaraq həbs edilməsinə görə aclıq aksiyasına başlayan hüquq müdafiəçisi Əbdülhadi əl-Xacənin qızıdır.
Aclıq aksiyası Əbdülhadi əl-Xacənin səhhətinin ağırlaşmasına səbəb olduğu üçün hazırda o hərbi bir hospitala yerləşdirilib.
Ali-Xəlifə rejimi əl-Xacə və daha 13 nəfəri 2011-ci ildə hökumət əleyhinə aksiyalar təşkil etməkdə ittiham və həbs etdi.
