Ali-Xəlifə rejiminin ədliyyə qurumu Bəhreynin bir neçə şiə vətəndaşını 15 il həbsə məhkum edib.
Bəhreyn məhkəməsi bazar ertəsi günü bu ölkənin 11 şiə vətəndaşını paytaxt Manamanın qərbində Səlahiyyə kəndində polisə qarşı gücdən istifadə etməklə bağlı əsassız ittihamla 15 il həbsə məhkum edib.
Həmçinin bu işin iki başqa şiə müttəhimi də 2 il həbsə məhkum olunub.
Ötən həftə də Ali-Xəlifə rejimi məhkəməsi 3 bəhreynli etirazçının 10 il həbs qərarını təsdiqləmişdi.
Ali-Xəlifə rejimi 2011-ci ildə Bəhreyndə xalq qiyamı başlandıqdan bu ölkə vətəndaşlarını müxtəlif bəhanələrlə həbs edir, lakin etirazçılara qarşı cinayətlər törədən öz qüvvələrini ittihamlardan kənar saxlayır.
2011-ci ildən indiyə qədər Bəhreynin bir çox şiə vətəndaşı Ali-Xəlifə rejiminə qarşı küçə iğtişaşlarına dair əsassız ittihamlarla həbsə məhkum olunmuşdur.