Misirin təhlükəsizlik mənbələri bu ölkənin ordu qüvvələri tərəfindən Sina məntəqəsində təkfirçi qrupların tabeliyində olan iyirmi bir yaraqlı şəxsin öldürülməsi və iyirmi nəfərin də yaralanmasından xəbər veriblər.
Bu mənbələr bildiriblər ki, Misir ordusunun Sina məntəqəsindəki iki kənddə silahlı qüvvələrin bazalarına qarşı hərbi əməliyyatında iyirmi bir terrorçu öldürülüb, iyirmi nəfər də yaralanıbdır.
Dörd ədəd Apaçi vertolyotu ilə həyata keçirilən bu əməliyyatda yaraqlı şəxslərlə şiddətli döyüşlər baş verib və bir misirli əsgər də yaralanıbdır.
Misir ordusunun qüvvələri bu əməliyyatda çoxlu sayda təkfirçi şəxsi həbs və onlardan iri miqdarda simsiz teleqraf təchizatı, silah və partlayıcı maddə aşkarlayaraq, müsadirə edibdir.
