Dəməşqin cənubunda yerləşən Yermuk fələstinli didərginlər düşərgəsinin mühasirəsi zamanı 5 fələstinli aclıq nəticəsində dünyasını dəyişdi.
Suriyada məskunlaşan fələstinlilər xeyrinə milli fəaliyyət qrupu cümə günü bir bəyanat yayaraq belə bildirib: 164 gün ardıcıl olaraq Yermuk fələstinli didərginlər düşərgəsinin mühasirəsinin davam etməsi bu düşərgədə davam edən qida, ərzaq və dərman preparatları çatışmazlığı 5 fələstinli didərginin ölümünə səbəb olub. Cümə axşamı Yermuk düşərgəsində baş vermiş partlayış hadisəsində iki fələstinli həlak oldu 6 fələstinli isə yaralandı.
Yermuk düşərgəsində məskunlaşan fələstinlilər bütün beynəlxalq qruplardan bu düşərgə habelə Suriyada yerləşən başqa fələstinli didərginlər düşərgəsi sakinlərinə yardım üçün hərəkət keçmələrini istəyiblər.