BMT bir bəyanat yayaraq, Myanmanın Raxin əyələtində təqribən 140 min müsəlmanın durumundan nigaranlıq ifadə edib.
BMT-nin sözçüsü- Edvardo Del Buy bildirib ki, Myanmanın Raxin əyələtində təqribən 140 min müsəlmanın durumu hələ də acınacaqlı və nigaranedicidir.
Edvardo Del Buy qeyd edib ki, BMT-nin Myanmada humanitar məsələlər üzrə koordinatoru- Aşuk Niqama Raxin əyaləti əhalisi arasında birlik və davamlı sühlün yaradılması üçün davamlı həll yollarının əldə edilməsini istəyib.
Geniş hücumlar nəticəsində yüzlərlə müsəlman qətlə yetirilib və onların beş mindən yuxarı evi yandırılıb.
Myanmanın 60 milyonluq əhalisinin altı faizini müsəlmanlar təşkil edirlər ki, bu ölkə dövləti tərəfindən rəsmi surətdə tanınmırlar.