İran İslam Şurası Məclisinin sədri deyib: Qərblilər İranın nüvə hüquqlarına hörmətlə yanaşsınlar.
Ötən gün günortadan sonra İslam Şurası Məclisinin Məşrutə zalında keçirilən irqçiliklə mübarizə simvolu olan Nelson Mandellanın xatirəsinin əziz tutulması mərasimində çıxış edərək deyib: Biz nüvə müzakirələrini dəstəkləyirik lakin Qərblilər şəraiti diqqətlə izləsinlər və hiləkarlıq ardınca olmasınalar.
O deyib: Qərblilər bu yolda şəffaf addım atmalıdırlar və bilməlidirlər ki, İranın sülhməqsədli nüvə hüqunü ört-basdır etmək iqitdarında deyillər.
Laricani “Biz bu yolda təmkinliyik”-deyə ümidvarlıq edib ki, 5+1 qrupu məntiqlə yanaşı olaraq keçmişdəki rəftarlarını təkrarlamasinlar.
İran İslam Şurası Məclisinin spikeri çıxışının digər hissəsində deyib: Bu gün region xalqının əsas problemi müsəlmanlar arasında fitnəkarlıq və təfriqə törətməyin artmasından ibarətdir və bu isə müstəmləkəçi qüvvələrin oyunlarından sayılır, onlar müsəlmanların birliyində problem törətmək istəyirlər və bunu şiddətləndirmək ardıncadırlar və biz bu haqda aydınlıq gətirməliyik.
Laricani xatırladıb: Bu gün Suriya, İraq və Livanda baş verənlərlə mübarizə aparmaq çətindir zira onlar dini ədəbiyyatla öz çirkin niyyətlərini həyata keçirmək ardınca olduqları üçün səbirli olmaq və məsələləri aydınlaşdırıb müqavimət etmək lazımdır.
Laricani sözlərinin digər hissəsində Mandellanın bəşəriyyətin hüququnu bərpa etmək uğrunda mübariz bir insan olduğunu deyərək bildirib: Mandella illər boyu nifrət doğuran irqçiliklə mübarizə apardı və bu yolda isə Cənubi Afrika xalqının himayəsini əldə edə bildi.