AsyaDünyaİranXƏBƏRLƏR

Mənuçehr Muttəki: Düşmən Yaxın Şərq xəritəsini parçalama səyində

Dünya İslam məzhəblərini Yaxınlaşdırma Təşkilatı baş katibinin müavini Mənuçehr Muttəki, düşmənlərin hədəfinin Yaxın Şərq bölgəsi xəritəsini dəyişdirmək olduğunu söylədi.

Muttəki, dünən Tehranda İraqın müxtəlif bölgələrindən gələn əhli sünnə alimleriyle görüşündə, Amerika və sionist İsrailin bölgədə çox ciddi bir ssenari arxasında olduğunu çünki bu rejimlərin bölgədə bəzi ölkələrin Petro dolarlarıyla, Yaxın Şərq bölgəsinin xəritəsini tamamilə dəyişdirmək hədəfində olduqlarını söylədi.

Muttəki, düşmənlərin bu hədəflərinə çatmalarının önündəki ən böyük maneənin ancaq İslam ümmətinin birliyiylə mümkün olduğunu ifadə edərək, imperialist ölkələrin hər zaman İslam ölkələrini parçalama hədəfində olduqlarını və İranın isə hər zaman bu oyuna qarşı açıqca tutum sərgilədiyini söylədi.

Haqqında danışılan görüşdə, İraqın Səlahəddin, El’Anbar və Bağdad əyalətlərindən bəzi əhli sünnət alimləri iştirak edərkən alimlər, İraqda məzhəblər arasında həmrəyliyə və vəhdətə vurğu etdilər. İraq əhli sünnə üləması, ortaq bir hədəflərinin olduğunu və onun da, başda Amerika, sionist İsrail və Vəhhabilər olmaq üzrə İslam düşmənlərinin fitnələrinə qarşı mübarizə etmək olduğunu bildirdilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu