AsyaİranXƏBƏRLƏR

İran Avropa Parlamenti nümayəndə heyətinin davranışına etiraz etdi

İranın Xarici İşlər Nazirliyi Avropa Parlamenti nümayəndə heyətinin Yunanıstanın Tehrandakı səfirliyində dörd il öncə seçkilər zamanı baş vermiş hadisələrlə əlaqədar məhkum edilmiş bəzi şəxslərlə görüşməsinə etiraz edib.

Avropa Parlamenti nümayəndə heyətinin Yunanıstanın Tehrandakı səfirliyində dörd il öncə İranda prezident seçkiləri zamanı baş vermiş hadisələrə görə həbs olunan bəzi şəxslərlə görüşməsinə etiraz olaraq, İranın Xarici İşlər Nazirliyinin avropalı qurumlarla iş üzrə baş idarəsinin müdiri, İranın Brüsseldəki səfirliyi və İranın Xarici İşlər Nazirliyinin Avropalı Qurumlarla İş üzrə Baş İdarəsinin öncədən etdiyi xəbərdarlıqlara rəğmən belə bir hərəkətin baş tutmasını xoşməramlılıqdan uzaq addım adlandırıb və buna etiraz olaraq Yunanıstanın Tehrandakı səfirinin hazırda ölkədə olmamasına görə, səfirliyin müvəqqəti işlər vəkilini çağırtdıraraq, bu rəftarla bağlı İranın rəsmi etirazını elan edib.
Avropa Parlamentinin nümayəndə heyəti ötən həftə Tehrana olan səfəri zamanı razılaşdırılmamış şəkildə dörd il öncə seçkilər zamanı çıxan hadisələrə görə həbs edilən bəzi məhkumlar ilə Yunanıstanın Tehrandakı səfirliyində görüşüb. Bu rəftar İran Parlamentinin bəzi üzvləri və bəzi İran rəsmilərinin reaksiyalarına səbəb olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu