ABŞ dövlət katibi Con Kerri elə bir halda Misirə səfər edib ki, bu ölkədə Amerikaya qarşı emosiyalar güclənib.
France 24 telekanalının məlumatına görə, Con Kerri Səudiyyə Ərəbistanına səfər üçün Ər-Riyada daxil olmazdan öncə Misirə gedib. O Misir rəsmilərindən bu ölkədə komendant saatının vaxtını uzatmamalarını istəyib.
Con Kerri gərgin bir şəraitdə Misirə daxil olub. Çünki Misirdə amerikalıya qarşı emosiyalar güclənib.
Misir xalqının fikrincə, Ağ Ev Məhəmməd Mursinin devrilməsində rola malik olub.
Misir rəsmiləri bildirirlər ki, ABŞ-ın 1 milyard dollarlıq yardımına ehtiyacları yoxdur və bu yardımı təmin etmək üçün 20 və ya 30 mənbə tapa bilərlər.
