Digər ziyarətlər arasında əhatəliliyə malik olan Camieyi-Kəbirə ziyarəti bir xas məkana və imama aid deyil və onu hər bir məkanda və bütün imamların ziyarətləri üçün oxumaq olar.
Allah-Taala bəzi peyğəmbərləri uşaqlıqda peyğəmbərliyə təyin edirdi ki, peyğəmbərlik məsələsinin səy nəticəsində əldə olunmaması aydınlaşsın və bəzi imamlar da uşaqlıq dövründə imamlığa təyin edilirdilər.
Uşaq ikən vilayətə çatmış ilk imam İmam Məhəmməd Təqi(ə) olub və uşaqlıqda imamlığa çatmış ikinci imam da İmam Hadi Əl-Nəqi(ə) olubdur ki, səkkiz yaşında ikən atası şəhid oldu və məhz o zaman imamlığa təyin olundu.