
Amerika , Yaponiya və 10 Avropa ölkəsini İrana qarşı tətbiq edilmiş neft sanksiyalarından istisna edib.
Amerika Birləşmiş Ştatları Yaponiya və 10 Avropa ölkəsi üçün İrandan neft satın almağın qadağasını ləğv edib.
Amerikanın dövlət katibi Con Kerri bu mətləbi bildirərək, qeyd edilən ölkələrin İrandan neft satın almalarını dayandırmaq üçün 180 günlük möhlətdən xəbər verib.
Buna əsasən bu ölkələr 6 ay möhlətə malik olacaqlar ki, özlərinin ehtiyacları olduğu nefti OPEC-ə üzv neft istehsal edən başqa ölkələrdən təmin etsinlər.
Bu üçüncü dəfədir ki, Amerika öz iqtisadiyyatına qarşı mənfi nəticələrdən nigarançılığına görə, İranın neft alıcılarını tətbiq edilən birtərəfli sanksiyalardan istisna edir.
