Tehranın bu həftəki cümə namazının xətibi Müqavimət İqtisadiyyatı siyasətinin əsasını ölkənin bütün iqtisadi, istehsal və quruculuq sahələrində İran xalqının iştirak etməsi adlandırıb.
Höccətülislam vəlmüslimin Kazım Siddiqi Tehranın bu həftəki cümə namazının xütbələrində 1393-cü yeni günəş ili münasibəti ilə bütün İran xalqını təbrik və ümidvarlıq edib ki, iranlılar bu ildə özləri və ölkələrinin daha artıq çiçəklənməsi, həmrəy və müvəffəqiyyəti üçün fürsətlərdən yaxşı şəkildə istifadə edəcəklər.
İslam İnqilabının Böyük Rəhbəri tərəfindən 1393-cü günəş ilinin “Milli İradə və Cihadi İdarəçiliklə İqtisadiyyat və Mədəniyyət ili” adlandırılmasını çox gözəl və tədbirli adlandıran cümə namazı xitabətçisi iqtisadi müqavimət siyasətlərinin düzgün icra olunması və bu siyasətlərin icrası üzrə ilkin işlərin görülməsinin vacibliyini vurğulayıb.
“İran xalqı müqavimət iqtisadiyyatının gerçəkləşməsi üçün səylər çərçivəsində qərb dünyası, xüsusilə də Amerikanın təhlükələri, hədələri və düşmənçilikləri qarşısında öz ölkələri və islam mədəniyyətini sığortalamalıdırlar” –deyə cümə namazının xətibi bildirib.
Müqavimət İqtisadiyyatının əsasını İslami İranın quruculuğu üçün iqtisadi sahələrdə xalqı şərik etmək adlandıran Höccətülislam vəlmüslimin Siddiqi əlavə edib: İran hökuməti bu sahəni xalq üçün yaratmalıdır ki, öz təhlükəsizlik və ehtiyaclarını təmin etmək üçün istehsal səhnəsinə daxil olsun. Beləliklə ölkənin bir çox sahəsində, xüsusilə də istehsal və kənd təsərrüfatı sahələrindəki problemləri aradan qaldırılsın.
Tehranın bu həftəki cümə namazının xətibi əsaslı elmin olmasını müqavimət iqtisadiyyatının xüsusiyyətlərindən biri adlandırıb və vurğulayıb: Təcrübə sübut edib ki, İran xalqı səhnədə iştirak etdiyi hər zaman İran İslam Respublikası ən çətin sahələrdə asanlıqla qətiyyətli qələbəyə nail olmuşdur.
Höccətülislam vəlmüslimin Siddiqi müqavimət iqtisadiyyatının nəzarət və təcrübə olmadan reallaşmayacağını qeyd edərək söyləyib: Bu məqsədə nail olmaq üçün ölkədə mövcud olan çoxlu məharət və istedadlardan maksimum istifadə olunmalıdır ki, iqtisadi sahədə milli arxa əldə olunsun.
Tehranın bu həftəki cümə namazının xətibi həmçinin mədəniyyət məsələsinə diqqət yetirməyin vacibliyini vurğulayaraq deyib: İctimaiyyətin bütün işlərinin kökü mədəniyyətdədir vəbu önəmli məsələyə yüksək diqqət yetirilməlidir. Çünki insan mədəniyyət sayəsində irəliləyir və kamil olur.
