Bəhreyn hökuməti ilə müxalif olanlar bir daha Ali-Xəlifə rejiminin zalımcasına və repressiv siyasətləri habelə Ərəbistanın bu ölkənin daxili işlərinə qarışması əleyhinə aksiya keçiriblər.
Bəhreynin şimalında keçirilmiş bu aksiya zamanı Bəhreyn xalqı şüarlar səsləndirərək, Ali-Xəlifə rejiminin devrilməsi və Ərəbistanın Bəhreynə qarşı işğalçılığının sona çatdırılmasını istədilər.
2011-ci ildə Bəhreyndə xalq qiyamının başlanmasından bəri, Ərəbistan öz qüvvələrini Bəhreynə daxil edibdir.
Ötən 3 il ərzində Bəhreyndəki aksiyalar və repressiyalar zamanı ən azı 150 nəfər dünyasını dəyişib, yüzlərlə nəfər isə yaralanıb yada həbs edilibdir.
Bu elə bir haldadır ki, Bəhreyn dövlətinin Qərbdəki müttəfiqləri, xüsusilə Amerika, Bəhreyndə etirazçıların repressiya edilməsi və Ali-Xəlifə rejiminin insan haqlarına zidd hərəkətləri qarşısında susublar.