İran xarici işlər nazirinin müavini deyib: Benəlxalq ictimaiyyət Cenevrə 2 konfrasının uğur əldə etməsi və Suriyada böhrana son qoyulması üçün bu ölkəyə silah və terrorçuların göndərislməsinin qarşısı alınsın.
Hüseyn Əmir Abdullahiyan ötən gecə (çərşənbə axşamı 28 noyabr) İRNA-nın Moskvadakı müxbirinə deyib: Bəzi ölkələr, o cümlədən Qərb supergücləri Suriyaya silahın göndərilməsini daydandırmalıdırlar və bu ölkələrin Suriya məsələsinin həllində əzmkardırlarsa, Cenevrə 2 konfransının nailiyyət əldə edilməsi təzmin ediləcək.
İranın xarici işlər naziri əlavə olaraq deyib: Cenevrə 2 konfransının müvəfəqiyyət əldə etməsi, beynəlxalq və regional əməkdaşlıqların aparılmasına ehtiyaclıdır və İran İslam Respublikası, Suriya məsələsinin həlli və bu ölkədə dinclik və sabitliyin bərpa edilməsi üçün regional və beynnəlxalq səviyyədə əməkdaşlıqların aparılması üçün hazırdır.
Əmir Abullahiyan ötən bazar günündən ikigünlük olaraq Moskvada işgüzar səfərində olaraq həmin müddətdə Rusiya prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Mixail Boqdanov və Ruisya xarici işlər naziri Gennadi Gatilov ilə görüşüb fikir mübadiləsi aparıb.