İraqXƏBƏRLƏR

İraqda terror aktları onlarla nəfərin ölməsi və yaralanması ilə nəticələnib

İraqın müxtəlif bölgələrində törədilən partlayış və terror aktlarında onlarla nəfər ölüb və yaralanıb.

İraqda bazar günü terror aktları, o cümlədən bu ölkənin mərkəzi və cənubunda şiə sakinli bölgələrdə bomba quraşdırılmış bir neçə avtomobilin partladılması nəticəsində ən azı 44 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

Ən dəhşətli akt isə Hillə şəhərində baş verib. Belə ki, bazar və avtomobil dayanacağı yaxınlığında bomba quraşdırılmış avtomobilin partladılması ən azı 9 nəfərin ölümü və 15 nəfərin yaralanması ilə nəticələnib.

Hillə şəhərində digər bir partlayış isə, 6 mülki vətəndaşın həlak olmasına səbəb olub.

İsgəndəriyyə şəhərində də bomba quraşdırılmış avtomobilin partladılması ilə 4 mülki vətəndaş həlak olub və 9 nəfər də yaralanıb.

Bağdadın ətrafında və Bəsrə, Kut və Nasiriyyə şəhərlərində avtomobillərin partladılması ilə 25 nəfər dünyasını dəyişib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu