Misirin Şəriət Alimləri Şurası Müsəlman Qardaşları hərəkatını İslamdan xaric olmaqda ittiham edərək, mürtəd adlandırıb.
Əl-Əzhər Universitetinin Tətbiqi Fiqh müəllimi olan Əhməd Kərimə deyib: Müsəlman Qardaşlarının və onun tərəfdarlarının əmlakından törətdikləri dağıntıların əvəzini çıxmaq üçün istifadə etmək lazımdır.
Bu misirli alim Həzrət Peyğəmbərdən(s.ə.s) silahlı qiyamçılardan bəraət etməklə bağlı bir hədis rəvayət edərək, deyib: “Mən həmələ ələyna əs-silah, fələysə minna” ( bizə qarşı silah çəkən, bizdən deyil) hədisi bu mənadadır ki, belə bir şəxs İslamdan xaric olub və xəvaricilərdən olmaqla yanaşı mürtəd də sayılır.