DünyaİranXƏBƏRLƏR

Ayətullah Xoşvəqtin dəfn mərasimi Böyük Rəhbəri iştirakı ilə keçirilib

Mərhum Ayətullah Əzizullah Xoşvəqtin dəfn mərasimi İslam İnqilabının Böyük Rəhbərinin ona meyit namazı qılması və bu əxlaq ustadını sevən minlərlə insanın iştirakı ilə keçirilib.

Səhər telekanalı internet portalının məlumatına görə, dəfn mərasimi başlamazdan və o mərhuma meyit namazı qılınmazdan öncə, bu mərasimdə iştirak edənlər əzadarlıq ediblər.

Ayətullah Xoşvəqtin dəfn mərasimində ölkə və ordunun məsul şəxsləri, o cümlədən Rəhbərlik Ekspertlər Məclisinin sədri Ayətullah Məhdəvi Kəni, İran prezidenti Mahmud Əhmədinejad, İslam Şurası Məclisinin sədri Əli Laricani, Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.

Əxlaq müəllimi və Tehran dini elmlər hövzəsinin alimlərindən olan Ayətullah Xoşvəqt 20 fevralda Məkkədə Allah Evinin kənarında 86 yaşında ikən fani dünya ilə vidalaşıb.

Müctəhid və əxlaq müəllimi Ayətullah Əzizullah Xoşvəqt Tehranda Taliqani kəsişməsində yerləşən İmam Həsən Mutcaba (ə) məscidinin imam camaatı idi. O Əllamə Təbatəbainin əxlaq və ürfan şagirdlərindən olub.

O inqilabın əvvəlində Ali Mədəni İnqilab Şurasının üzvlərindən olub.

Dəfn mərasimindən sonra bu əxlaq müəllimi Rey şəhərinə aparılaraq Həzrət Əbdüləzim Həsəninin hərəmində dəfn olunacaq.
defn

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu