AsyaBəhreynDünyaXƏBƏRLƏR

Bəhreynin Kəranə məntəqəsində onlarla gənc və uşaq həbs olunub

Bəhreyn təhlükəsizlik qüvvələri bu ölkənin Kəranə məntəqəsində onlarla uşaq və gənci həbs ediblər.

Ali-Xəlifə rejiminin qüvvələri cümə günü gecə Kəranə bölgəsinin Nurana sahil məntəqəsini mühasirəyə alaraq bu məntəqədəkilərin hamısını həbs ediblər.
Həbs olunanların əksəriyyəti gənc və uşaqlardır və onların həbsi səbəbi hələlik bəlli deyildir.
Şahidlərin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri dəniz və qurudan sahildə olanlara doğru hücum və toqquşmalar baş verdikdən sonra gözyaşardıcı qazdan istifadə ediblər.
Məntəqə əhalisinin bir qrupu Həməd şəhərciyi polis idarəsinin qarşısına toplaşaraq həbs olunanların taleyindən məlumat əldə etməyə çalışıb.
Həmçinin cümə günü Bəhreynin müxtəlif bölgələri, o cümlədən Sətrə və Nəvidəratın sakinləri Ali-Xəlifə rejiminin ədliyyə qurumunun həbsə məhkum etdiyi vətəndaşlarla həmrəyliyi elan etmək məqsədilə aksiya keçiriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu