Qahirədə cümə günü namazından sonra etirazların yenidən başlanması ardınca, Misir ordusu və təhlükəsizlik qüvvələri bu ölkənin müxtəlif bölgələrində Müsəlman Qardaşları tərəfdarları və çevriliş müxalifləri ilə toqquşublar. Bu toqquşmalar onlarla nəfər həlak olub və yaralanıb.
Cümə namazından sonra küçə etirazlarının başlanması ilə Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursinin tərəfdarları Şəbra məntəqəsində xalq komitələri adlandırılan qrupla toqquşub və onlara doğru daş atıblar.
Bu məlumata görə, İsgəndəriyyə ədliyyə məhkəməsinin sədri də iddia edib ki, Müsəlman Qardaşları tərəfdarları məhkəmə binasının yaxınlığına “molotof” kokteyli ataraq bu ərazidə saxlanmış 6 avtomobilə hücum ediblər.
Bu istiqamətdə təhlükəsizlik qüvvələri Təntada Müsəlman Qardaşları tərəfdarları ilə toqquşublar və tərəfdarlar və qrupun üzvləri əl-Mənsurədə Marceres kilsəsi qarşısında aksiya keçiriblər.
Mursi tərəfdarları və çevrilişin müxalifləri kütləvi qırğınlara etirazlarının davamında çərşənbə günü 6 oktyabr körpüsünü bağlayıblar.
Misirin müxtəlif bölgələrindən əldə olunan xəbərlərə əsasən, bu gün çevriliş əleyhdarları ilə ordu tərəfdarları arasında baş verən toqquşmalar zamanı 12 nəfər həlak olub və yaralanıb.
