Kerman ostanının inqilab məhkəmələri sədri bu ostanda ingiltərəli bir casusun həbs edilməsini bildirib.
İnqilab məhkəmələrinin sədri Xodadad Salari şənbə günü müxbirlər qarşısında deyib: İran İslam Respublikasının təhlükəsizlik qüvvələri Kerman ostanında İngiltərənin casusluq orqanının üzvlərindən birini təqib edərək həbs ediblər.
Salarinin sözlərinə görə bu ingiltərəli casus 11 növbədə İranda və bu ölkədən xaricdə ingiltərəli zabitlərlə təmasda olub və Mİ6 orqanının istədiyi informasiyaları onlara ötürüb.
Bu əsnada həmçinin İranın milli maraqlarına zidd yollarını əldə edib.
Salari əlavə olaraq deyib: Bu ingiltərəli casusun mühakimə prosesi cərəyandadır və müttəhim törətdiyi cinayət faktlarını etiraf edib.