İranXƏBƏRLƏR

İran xalqı Misir xalqının yanındadır

İran İslam Respublikası Misir xalqının inqilabçı və istiqlal sevər hərəkətlərini dəstəkləyir.
Bu fikiri İİR məclisinin sədri Əli Laricani Misirin universitet, media və siyasi elitasının nümayəndələrindən bir qrupu ilə görüşdə səsləndirib.
Laricani deyib: Misir inqilabı əsil və təsirli inqilablardan biridir və İran xalqı hər hansı bir şəraitdə özünü Misir xalqının kənarında hiss edir.
İki ölkə xalqı və dövlətlərinin qədim ortaqlıqlarına toxunan Laricani əlavə olaraq deyib: Müsəlman ümmətin düşmənləri iki ölkə arasında dostluq münasibətlərinin önəmini dərk etdikləri üçün İran-Misir arasında təfriqə yaratmağa səy göstərirlər. O cümlədən İranofobiya siyasəti ya məzhəblərarası qarşıdurma yaratma metodlarından istifadə edirlər.
Bu görüşdə Misrin siaysi alimlərindən olan Səlahəddin Əl-Dəsuqi Misirin İranla tarixi və möhkəm münasibətlərinə işarə edərək deyib: Regionda təsir nüfuzuna malik qüdrət kimi tanınan İran-Misir münasibətlərinin bərqərar edilməsi regionda balanslaşdirmamnı alt-üst edə bilər.
Misirin məşhur jurnalistlərindən olan Nurolhoda da müştərək düşmənlərin qarşıya qoyduğu məqsədlərinə işarə edərək deyib: Bu düşmənlər İran ilə Misiri hədəfə alıblar. İran xalqının düşmənləri Misir xalqının düşmənləri Misir xalqının da mütləq düşmənidirlər. Heç şübhəsiz ki iranlı alim və mütəfəkkirləri sui-qəsdə məruz edənlər misirli alimləri də sui-qəsdə məruz edəcəklər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu