İngiltərədə iqtisadi böhran yaşansada aprelin 17-də Marqaret Tetçerin dəfninə dövlət büdcəsindən 3,6 milyon funt sterlinq (təxminən 5,6 milyon dollar) xərclənib. Bu barədə məlumatı İngiltərə hökuməti açıqlayıb.
Qafqazinfo-nun verdiyi məlumata görə ən çox vəsait polis patrulu və digər təhlükəsizlik tədbirlərinə sərf edilib – 1,1 milyon funt (1,6 milyon dollar). Protokol xərclərinə – dəvətlərin göndərilməsi, 2000-dən çox qonağın qəbul edilməsinə 500 min funt (765 min dollar) xərclənib.
“Deyli Teleqraf” qəzetinin hesablamalarına görə, 88 yaşında dünyasını dəyişən “Dəmir Ledi”nin dəfni hər bir vergi ödəyicisinə “cəmi 6 pensə” (9 sent) başa gəlib.