
BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı yeni sanksiyaları qəbul etməsi ardınca, Koreya yarımadasında gərginlik kəskin şəkildə artıb.
Bu sanksiyaların təsdiqlənməsi ardınca, Pxenyan Cənubi Koreya ilə düşdmənçiliyə son qoyulması ilə əlaqədar razılaşmanın ləğv olunduğunu bildirib.
Şimali Koreyanın dövlət telekanalının aparıcısı xüsusi bir proqramda bildirib ki, Pxenyan öz nüvə proqramına heç vaxt göz yummayacaq. Şimali Koreya televiziyası Şimali Koreya prezidentinin Cənubi Koreya ilə sərhəd yaxınlığında iki adada bu ölkə silahlı qüvvələri ilə görüşünün kadrlarını yayımlayıb.
Şimali Koreya rəhbəri öz qüvvələrinə qarşılıq vermək göstərişini verib.
ABŞ da Şimali Koreyanın Cənubi Koreya ilə atəşkəsi ləğv etməklə bağlı qərarına reaksiyada bildirib ki, Seulu müdafiə edəcək.
Gələn həftə Koreya yarımadasında keçirilməsi qərara alınmış ABŞ və Cənubi Koreyanın hərbi təlimləri Cənubi Koreya və Şimali Koreya arasında sərhəd hadisəsinin baş verməsi barəsində nigaranlıqları artırıb.
Təhlükəsizlik Şurası Şimali Koreyanın ötən ay yeraltı atom bombası sınağı həyata keçirdiyinə görə, bu ölkəyə qarşı maliyyə və məhsul mübadiləsi üzrə məhdudiyyətlər tətbiq edib.
