
İranda tələbələr və ruhanilər bu gün aksiyalar keçirərək Pakistanda şiələrin kütləvi şəkildə qırğın olunmasını kəskin pisləyiblər.
Həmçinin son zamanlar Pakistanda müsəlmanların, xüsusilə də şiələrin kütləvi şəkildə qırğın olunmasının pislənilməsi istiqamətində Qumun Əzəm məscidi və Həzrət Məsumənin (s.ə) hərəmində bu gün günortadan qabaq təqlid mərcələri, alimlər və tələbələrin iştirakı ilə aksiya keçirilib.
Ayətullahlar Məkarim Şirazi, Nuri Həmədani, Sübhani və təqlid mərcələrinin nümayəndələri, iranlı və qeyri-iranlı tələbələr, eləcə də müxtəlif xalq kütlələrinin iştirak etdiyi bu aksiyada iştirakçılar “ABŞ-a ölüm!” “İsrailə ölüm!” və “İngiltərəyə ölüm!” şüarları səsləndirərək islam ölkələrində məzlum müsəlman xalqların, xüsusilə də Pakistan şiələrinin kütləvi şəkildə qırğın olunmasını pisləyiblər.
İranın Dini Elmi Hövzələri müdiri Höccətülislam Vəlmüslimin Hüseyni Buşehri bu mərasimdə bütün müsəlmanların kütləvi şəkildə qırğın olunmasında əsas amilin ABŞ və sionizm olduğunu bildirərək deyib: Kafir elan olunanlar və müsəlmanların adlarından istifadə edənlər bu cinayətlərin əsas amilləri deyillər. Əsas amillər düşmənin tələsinə düşən və onun meydanında oynayan şəxslərdir.
Höccətülislam Vəlmüslimin Hüseyni Buşehri həmçinin islam ölkələri rəhbərlərinə tövsiyə edib ki, islam düşmənlərinə bağlılıqdan və islam ümmətinə arxa çevirməkdən çəkinsinlər.
Qum Elm Hövzəsi Müəllimlər İcmasının üzvü düşmənlərin məqsədinin təkcə şiə olmadığına toxunaraq söyləyib: Onlar öz fikirləri ilə eyni istiqamətdə olmayan şəxsləri – istər şiə, istərsə də sünni olsun fərq etmir – hədəfə alırlar.
O deyib: Şiə qarşılıq verməkdə aciz deyil. Amma düşmənin oyununda oynamaq istəmir.
Höccətülislam Vəlmüslimin Hüseyni Buşehri əlavə edib: Qənaətimcə, kafir hesab olunmuşları sünni əhlindən ayırmaq lazımdır.
Şiə və sünni ixtilaflarına əl atmağın islama zidd olduğunu bildirən Hüseyni Buşehri deyib: Biz şiə və sünniyə rəhm etməyənlərə qarşıyıq.