Suriyanın Tadmor şəhər muzeyinin müdiri terrorçular tərəfindən bu ölkənin tarixi əsərlərinin qarət edilməsindən xəbər verib.
Suriyanın Rəsmi Xəbər Agentliyi SANA-nın verdiyi məlumata görə, Xəlil Həriri deyib: Suriya qüvvələri, terrorçuların bu ölkədən çıxarmaq istədikləri 8 tarixi əsəri aşkarlayaraq, zəbt ediblər.
Bundan öncə də İngiltərənin “Sunday Times” qəzeti Suriyadakı silahlı qrupların, bu ölkənin tarixi əsərlərini qarət və qaçaq etdikdən sonra, bu əsərləri ölkə xaricində satışa çıxardıqlarını bildirərək, belə yazıb: Suriya muzeylərindən üçdə ikisi həmçinin bu ölkənin 16 tarixi abidəsi və məkanını tam şəkildə qarət edilib.
Həmçinin BMT-nin Təhsil, Elmi və Mədəni Təşkilatı UNESCO son zamanlar Suriyada tarixi abidələrin qeyri-qanuni qazıntıları və qarət edilməsi haqda xəbərdarlıq etmişdi.