Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Xarici döyüşçülərin Suriyaya axını o həddə çatıbdır ki, İraq 2005-2007-ci illərdə onun şahidi olubdur.
Fars xəbər agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü- Aleksandr Lukaşoviç vurğulayıb ki, Suriyada xarici döyüşçülərin bu axını bu ölkədə vəziyyətin müxaliflərin xeyrinə dəyişməsini nakam qoyub və dövlət qüvvələri vəziyyəti nəzarət altda saxlamağı davam etdirirlər.
Suriyadakı terrorçuların əksər hissəsi bu ölkə xaricindən gəlibdir və onların əksəriyyəti də Əl-Qaidənin tabeliyində olan qruplardandır.
İngiltərədə çıxan Times qəzeti son zamanlar bildirib ki, on min xarici vətəndaş Suriyadakı terror qruplarına qoşulub ki, bu arada onların yüz əlli nəfəri ingilisdir.