AzərbaycanXƏBƏRLƏR

Xəzər dənizində nərə balıqlarının nəsli kəsilmək üzrədir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasıında bildirilib : “Zoologiya İnstitutu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun alimləri bu istiqamətdə tədqiqatlarını genişləndirir, dənizin endemik fauna növləri olan nərə balıqlarının tükənməsi probleminin həlli yollarını araşdırıblar”.

AMEA-nın müxbir üzvü İlham Ələkbərov deyib : “Xəzərdə nərəkimi balıqların təbii və süni artımının miqyası azalır. Bütün kürüləmə yerlərində, Xəzəryanı dövlətlər tərəfindən balıqlar qanuni və qeyri-qanuni yolla intensiv ovlanır. Bu cür hallar nərəkimi balıqların ciddi surətdə azalmasına gətirib çıxarır”.

Qeyd etmək lazımdir ki, Azərbaycan Respublikasında ən çox qeyri qanuni ovlanma baş verir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu