Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları və müxalifləri Qahirənin Əl-Təhrir meydanı yaxınlığında bir-birləri ilə toqquşublar.
Misirin bir təhlükəsizlik mənbəyi bildirib ki, Qahirənin şimalından 15 kilometr aralıda yerləşən Əl-Qəliyubiyyə şəhərində Mursinin tərəfdarları və müxalifləri arasında baş vermiş toqquşmalar zamanı 3 nəfər dünyasını dəyişib, təqribən yüz nəfər isə yaralanıb.
Misirin vəzifəsindən kənar edilmiş Prezidenti Mursinin himayəçiləri dünən gecə Qahirənin Əl-Təhrir meydanının yaxınlığında yerləşən Amerika səfirliyi qarşısında aksiya keçiriblər.
Qahirədə Amerikanın səfirliyi yaxınlığında Məhəmməd Mursinin tərəfdarlarının aksiyasında iştirak edənlərə qarşı gözyaşardıcı qaz bombalarının atılması, aksiyaçıların bir qrupunun yaralanmasına səbəb olub.