İran islam şurası məclisinin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının sədri ABŞ-ın əngəl törətməsi nəticəsində İran parlament heyətinin Latın Amerikasına səfərinin ləğv edilməsi xəbərini verib.
Əlaeddin Burucerdi söyləyib: İranın parlament heyəti bazar günü Venesuela və Kubaya səfər etməliydi amma amerikalılar rusiyalı “Airflut ” hava şirkətinə elan etdilər ki, İran heyətini daşıyan təyyarəyə Amerikadan keçməsinə icazə verməyəcəklər.
Burucerdi əlavə edib : İran heyətinin Venesuela və Kubaya səfər zamanı məlum deyil amma İran islam şurası məclisi bu səfər üçün münasib bir yol tapmaq istəyir.