BMT-nin baş katibi- Ban Ki Mun sionist rejimin İordan çayının qərb sahilində qəsəbə salmaq üzrə fəaliyyətlərinin artmasını Yaxın Şərq sülh prosesinin zərərinə adlandırıb.
BMT baş katibinin sözçüsü- Martin Nesirki deyib: BMT-nin baş katibi İordan çayının qərb sahilində sionist qəsəbələrin genişlənməsi, eləcə də beynəlxalq qanunların pozulmasından son dərəcə nigarandır.
BMT baş katibinin sözçüsü qeyd edib ki, bu kimi qərarlar sülh gedişini xətərə salır. Onun sözlərinə görə, BMT-nin baş katibi sionist rejimdən istəyib ki, dünya ictimaiyyətinin qəsəbəsalmaların dayandırılmasına dair tələblərinə diqqət və beynəlxalq qanunlar və yol xəritəsi çərçivəsindəki öhdəliklərinə əməl etsin.
