İran İslam Şurası Məclisinin sədri deyib: 9 dey qəhrəmanlığı imperializmin yanlış, yüngül və qeyri-düzgün düşüncəsi qarşısında xalqın iradəsinin çiçəklənməsi və təzahürü idi.
Əli Laricani parlamentin bugünkü plenar iclasının başlanğıcında 2009-cu il məkrli planının Vilayət Fəqih prinsipinə dair səmərələri görməməzliyə vurduğunu bəyan edərək deyib: Bu məkrli planda bir seçki bəhanəsi ilə macəralar başladıldı ki, bir güclü quruluşun imicinə zərbə vurulsun.
2009-cu il məkrli planının bir növ xalqın illərlə səylərini məhv etmək olduğunu bildirən Laricani qeyd edib: İran xalqı 2009-cu il 30 dekabrda şərəfli, vəfalı xalq, islama inanan, Əhli-Beyti (ə) sevən, inqilab və Vilayət Fəqih vurğunu olduğunu nümayiş etdirdi və heç kimə onun dəyərləri və prinsipləri ilə oynamaq icazəsini vermir.
İslami İran xalqı könülllü şəkildə 2009-cu il 30 dekabrda küçələrə axışaraq daxili iğtişaşçılar və quruluşu düşmənlərinə nifrətini bildirdi və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (rə) və İslam İnqilabının Böyük Rəhbərinin amalları ilə əhd-peymanlarını təzələdi.