İranXƏBƏRLƏR

Laricani: Amerikalıların sözlərinə deyil, rəftarına baxırıq

İran İslam Şurası Məclisinin sədri deyib: İranla mübarizə üçün istəklər vardır və hələ də amerikalılar bu istəkdədirlər ki, İran İslam Respublikası ilə hesablaşsınlar.

Səhər kanalının məlumatına görə, Əli Laricani əlavə edib: ABŞ prezidentinin islam quruluşunu devirmək ardınca olmadığını deməsi bu mənadadır ki, onlar bu işi edə bilməzlər və amma ürəkləri istəyir.

“Amerikalılar İran barəsində sözlərinin altında hələ də öz kinlərini göstərirlər. Əlbəttə son bir neçə gündə onların fərqli çıxışı olmuşdur” –deyə Laricani əlavə edib.

İran parlamentinin sədri söyləyib: Bizim üçün əhəmiyyətli olan və keçmiş təcrübə ilə diqqət yetirilməli olan məsələ onların davranışıdır. Bizim sözlərə ehtiyacımız yoxdur və amerikalıların rəftarına diqqət yetiririk.

Laricaninin sözlərinə görə, amerikalılar üçün bir yoldan başqa yol yoxdur və onlar təhdid formasında uzaqlaşmalı, sonra isə İranla razılaşmalıdırlar.

Laricani deyib: Müharibə seçiminin masa üzərində olduğunu deyirlər. Əslində iranlılara müharibə jestini göstərməməlidirlər. Biz deyirik ki, İranla bu zarafatları etməyin. Çünki sizin manevrlərinizdən heç kim qorxmur və diplomatik dillə məsələni həll edin.

İran parlament sədri bildirib: Sədaqətli rəftar edin və xüsusi toplantılarda tribuna qarşısında söylədiyiniz sözləri danışın. Tribuna qarşısında İranın hüququnu müdafiə etdiyinizi deyir, sonra isə xüsusi toplantılarda bildirirsiniz ki, əgər İran bu gücü əldə edərsə, regionun müvazinəti dəyişəcək. Bu formada danışmaq düzgün deyildir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu