İran İslam Respublikası prezidenti Nyu-Yorkda səfərdə olduğu son gündə jurnalistlərin qarşısına çıxıb və onların suallarını cavablandırıb.
İran İslam Respublikası prezidenti deyib: Avropanın bəzi yüksək səviyyəli rəsmiləri, həmçinin Obamanın çıxış tonu keçmişlə fərqli idi. Bunu İranla qərb arasındakı məsələlərin həlli üçün müsbət addım kimi qiymətləndirməliyik.
Həsən Ruhani əlavə edib: İran xarici işlər nazirinin 5+1 qrupu ilə görüşləri müsbət və ümidverici bir atmosferdə keçirildi və biz ümidvarıq ki, bu müzakirələr tezliklə hiss olunacaq nəticələrə çatacaq.
İranın Xəbər telekanalı jurnalistinin “İranın gələn iki ildə Qoşulmama Hərəkatının rəhbəri olaraq nüvə tərksilahının gerçəkləşməsi üçün proqramı nədir? sualını cavablandıran İran prezidenti deyib: Yaxın Şərq çox həssas bir regiondur və kütləvi qırğın silahlarının mövcudluğu çox təhlükəlidir.
“Regionumuzda kütləvi qırğın silahları sahəsində silah rəqabəti çox təhlükəli ola bilər. Biz illərlə kimyəvi silahları olmayan Yaxın Şərq planı və layihəsini irəli sürmüşük. Hazırda da bu təklifin ardıncayıq” –deyə İran prezidenti bildirib.
Nyu-Yorka olan səfərinin sonuncu 4-cü günündə keçirdiyi mətbuat konfransında Nyu-York Times qəzetinin müxbirinin bu səfərinin nailiyyətləri barəsindəki sualını cavablandıran prezident Ruhani əlavə edib: Bu səfərin İran və ABŞ-ın böyük xalqları arasında əlaqə üçün ilk addım olmasını istəyirəm.
İran prezidenti Bu səfərin İran və ABŞ xalqları arasında yaxşı əlaqələr üçün ilk addım olmasını istəyib və deyib: İki dövlətin kəskin gərginliklərin qarşısını ən az da olsa alaq və müştərək mənafenin əldə olunması üçün zəmin yaradaq.
Ruhani əlavə edib: Nyu-Yorkda olduğumuz müddət ərzində praktiki olaraq bu hökumətin işə başlamasından sonra yeni beynəlxalq atmosferdən dəqiq nəticənin əldə olunması ardınca olmuşuq və düşünürəm ki, bu sahədə konstruktiv nailiyyətlər əldə etmişik.
İran prezidenti söyləyib: Konstruktiv olan hər bir yerdə, hər bir iclasda iştirak edəcəyik və bu iştirak ilkin şərt olmadan olacaq.
Dünyanın məşhur kütləvi informasiyalarının nümayəndələri İran prezidentinin Nyu-Yorkdakı mətbuat konfransını geniş miqyasda əks etdiriblər.
Dünyanın tanınmış xəbər telekanalları, o cümlədən CNN, BBC, BBC ərəbcə, Əl-Cəzirə ingiliscə, Press TV, CCTV, Əl-Cəzirə, əl-Ərəbiyyə və əl-Məyadin öz normal proqramlarını dayandıraraq canlı şəkildə doktor Ruhaniin çıxışını yayıblayıblar.
İran prezidenti 4 günlük Nyu-York səfərində dünya ölkələrinin rəhbərləri və rəsmiləri ilə görüşləri əsnasında media mənsubları ilə də görüşə yer ayırdı.