Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bir iclas təşkil edərək, bu şuranın 15 üzvünün müsbət səsi ilə Amerika və Rusiyanın təklif etdikləri Suriyanın kimyəvi silahlarının məhv edilməsi üzrə qətnamələrini təsdiq etdi.
BBC-nin verdiyi məlumata görə BMT Təhlükəsizlik Şurasının 2118 saylı qətnaməsində Suriyada kimyəvi silahlardan istifadənin edilməsi pislənilib, amma toqquşan tərəflərin heç biri bu haqda ittiham edilməyib.
Ötən iki il yarım içərisində bu ilk dəfədir ki, BMT Təhlükəsizlik Şurası Suriyadakı daxili müharibə barədə bir qətnaməni təsdiq edə bilir. Öncələr Qərb ölkələri və Rusiya arasındakı fikir ayrılıqları bu şurada qətnamənin təsdiq edilməsinə mane olurdu.
BMT Təhlükəsizlik Şurasının 2118 saylı qətnaməsinə əsasən Suriya dövləti özünün kimyəvi silahlarını təhvil verməli və həmçinin beynəlxalq müfəttişlərə sərbəstcə təftiş icazəsi verməlidir.
Bu qətnaməyə əsasən Suriyanın beynəlxalq müfəttişlərlə əməkdaşlıq etmədiyi təqdirdə, Suriyaya qarşı hərbi qüvvədən istifadə üçün başqa bir qətnaməyə də ehtiyaclı olacaq.