DünyaXƏBƏRLƏR

Həmsədrlər Ermistana getdilər; Atəşkəs pozuldu

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb.

Məlumatda qeyd olunur ki, görüşdə Qarabağ nizamlanması ilə bağlı müzakirələr aparılıb. Həmsədrlər öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verdiklərini vurğulayıb.

Onlar həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkənin prezidentlərinin 18 iyun 2013 il tarixli bəyanatını xatırlayıb. Həmin bəyanatda tərəflər bölgədə gərginliyi artıra və münaqişəni alovlandıra biləcək istənilən addımlardan çəkinməyə çağırılır.

Belə bir halda, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndinda yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən Azərbaycanın mövqelərimizi atəşə tutub.

ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi Qarabağ münaqişəsinin həllinə təsrsiz olduğuna görə, onların regiona səfərləri adi turisti bir səfər kimi dəyərləndirilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu