
BMT-nin didərginlərlə iş üzrə baş komissarı Suriyada gedən toqquşmaların davam edəcəyi təqdirdə didərginlərin sayının 2-3 dəfə artacağı haqda xəbərdarlıq edib.
Antonio Qutres deyib: Əgər Suriya böhranı üçün diplomatik bir həll yolu tapılmasa, 2013-cü ilin sonuna kimi suriyalı didərginlərin sayı 2-3 dəfə artacaq.
BMT-nin açıqlamalarına görə hazırda 1 milyondan çox suriyalı didərgin qonşu ölkələrə sığınıb və didərginlərin təqribən yarısı uşaqdır.
Qutres əlavə edib: Hər gün orta hesabla 8 min suriyalı qonşu ölkələrə sığınır.
Suriya 2011-ci ildən böhran ilə üz-üzədir.