Rusiyanın xarici işlər naziri İranın Cenevrə-2 konfransında iştirakını zəruri adlandırıb.
Sergey Lavrov Moskvada küveytli həmkarı Səbah əl-Xalid əl-Həməd əl-Səbah ilə görüşdə Suriya böhranı və ikitərəfli əlaqələr barədə onunla fikir mübadiləsi aparıb.
Rusiyanın xarici işlər naziri Suriya böhranına həll yoluna tapılması məqsədilə keçirilməsi planlaşdırılan Cenevrə-2 konfransında İran İslam Respublikasının iştirakı barədə deyib: İranın Cenevrə-2 Konfransında iştirakı zərurət daşıyır və daha öncə İranın bu konfransa dəvət edilməməsi üçün əcaib bəhanələr uyduran tərəflər indi daha real olan mövqeyə yaxınlaşıblar.
Sergey Lavrov bu görüşün ardınca keçirilən mətbuat konfransında müxalifətdə olanların Suriyada kimyəvi silahların məhv edilməsi prosesində xələl törətmək kimi istənilən hərəkətləri barədə xəbərdarlıq edərək, deyib: Rusiya və Küveyt Cenevrə-2 konfransının tez bir zamanda və heç bir ilkin şərt olmadan keçirilməsini istəyirlər.