Livan Hizbullahı Sionist İsrail rejiminin Fələstin xalqına qarşı törətdiyi cinayətləri qarşısında ərəb ölkələrin sükuta dalmalarını tənqid edib.
Livan Hizbullahı ötən gücə (çərşənbə 25 dekabr) bir bəyanat yayaraq, ərəb ölkələri, Ərəb Liqası və beynəlxlaq qurumların Sionist İsrail rejiminin Qəzzə zolağına qarşı hücumu müqabilində sükut etmələrini tənqid edərək, bu sükutun davam etməsini Sionist İsrailin heç bir cəzalandırmadan cinayətlərini davam etdirməsinə gətirib çıxaracağını bildirib.
Livan Hizbullahı bəyanatında ərəb xalqları və onların Fələstin xalqı kənarında dayandıqlarını önəmli adlandıraraq bildirib ki, xalqları, hökumətlərini Fələstinin məzlum xlaqının kənarında olub, onları dəstəkləməyə vadar etməlidirlər.
Sionist rejim hərbçilərinin ötən çərşənbə günü Qəzzə zolağına qarşı hücumunda, iki fələstinli, o cümlədən 4 yaşlı bir uşaq şəhid edilib, bir neçə nəfər isə yaralanıbdır.
