İranXƏBƏRLƏR

Livan İranla iqtisadi münasibətlərini genişləndirmək niyyətindədir

İran-Livan tacirlərinin müştərək şurasının livanlı sədri bu ölkənin İranla hərtərəfli surətdə iqtisadi münasibətlərini genişləndirməyə maraqlı olduğunu deyib.

Abbas Favaz şənbə günü (14 dekabr) İranın Beyrutdakı səfirliyi önündə törədilən terror aktından təəssüfləndiyini qeyd edərək bəyan edib: İranın tutduğu şərəfli mövqeyi eləcə də bu ölkənin haqsevər məsələlərini dəstəkləməsi sözü gedən terror aktının törədilməsinə səbəb olmuşdur.
Abbas Favaz habelə Cenevrədə İranla Altılıq qrupu arasında imzalanmış nüvə razılaşmasından sevincini də bəyan edərək özünün həmçinin İran-Livan tacirlərinin müştərək Şurasının üzvlərini iqtisadi və ticarət sahələrində əməkdaşlıqların genişləndirilməsinə kömək etməyə hazır olduğunu bildirib.
İranın Livandakı səfiri də bu görüşdə düşmənlərin terrorçu hərəkətlərə əl atmaqdakı niyyət və məqsədlərini şərh etdikdən sonra İranın xüsusi sektorunun Livanla ticarət münasibətlərini genişləndirməyə hazır olduğunu elan edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu