DünyaXƏBƏRLƏR

Məhkəmə önündə Hilal Məmmədova dəstək aksiyası

Bakıda yeganə talış qəzeti olan “Tolışi sado” qəzetinin redaktorunun həbsinə etiraz olaraq, məhkəmə qarşısında aksiya keçirilib.

“Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovu müdafiə edən ictimai komitənin üzvləri və vətəndaş cəmiyyəti fəalları fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası önündə etiraz aksiyası keçiriblər. “Turan”-a istinadən xəbər verir ki, aksiya iştirakçıları əl-ələ tutaraq məhkəmə binası qarşısında canlı sədd əmələ gətiriblər. Onlar heç bir şüar səsləndirməyib.

Junrnalist Hilal Məmmədov 2012-ci il iyunun 21-də tutulub. O dövlətə xəyanət, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması,qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama və satma, maddələri ilə təqsirləndirilir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində, qapalı prosesdə mühakimə olunur.

Fevralın 25-də də “Tolışi sado” qəzetinin redaktorunun həbsinə etiraz edənlər maska taxaraq səssiz aksiya keçirmişdilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu